Rusiyanın Şimali Koreyadakı səfri Aleksandr Matseqoranın ölümü rus diplomatlar üçün sürpriz olub. O, bu vəzifədə on ildən çox işləyib. Səfir ötən şənbə “qəfil” dünyasını dəyişib.Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında 70 yaşlı Aleksandr Matseqoranın dünyasını dəyişməsinə dərin təəssüf ifadə olunub. Lakin onun ölümünün səbəbi barədə təfərrüat açıqlanmayıb. Rusiya diplomatic korpusu ona böyük hörmətlə yanaşdığını bəyan edərək, bildirib ki, A.Matseqora karyerasının əvvəlindən 1970-ci illərin sonundan Şimali Koreya ilə SSRİ, daha sonra isə Rusiya arasında iqtisadi və diplomatik əməkdaşlıq üçün çalışıb: "Onun müdrik və həssas rəhbərliyi altında bir neçə nəsil diplomatlar və Koreya mütəxəssisləri yetişib”.
Rusiya diplomatiyasına görə, 2014-cü ildən Pxenyanda səfir olan Aleksandr Matseqora Rusiya ilə Şimali Koreya arasındakı əlaqələrin yüksək səviyyəyə gətirib çıxarılması mühüm rol oynayıb, bu uzun, eləcə də gərgin işin arxasında hərəkətverici qüvvə olub. Şimali Koreya lideri Kim Çen In da dövlət mediası olan “KCNA” da səfirin ölümündən sonra Rusiya səfirliyinə başsağlığı verib.
Qeyd edəjk ki, hazırda bu iki dövlət diplomatlar, hərbi personal və iqtisadi məsələlər baxımından sürətli yaxınlaşma ilə məşğuldur. Onlar 2024-cü ildən Vladimir Putinin Pxenyana rəsmi səfərindən sonra imzalanmış qarşılıqlı müdafiə paktına istinadən addımlar atırlar.
Şimali Koreya 2024-cü ilin sonu və 2025-ci ilin yazına qədər Rusiyanın Kursk sərhəd bölgəsinin kiçik bir hissəsində möhkəmlənən Ukrayna qoşunlarını dəf etmək üçün minlərlə əsgər təmin edərək, Rusiyanın müharibə səylərində fəal iştirak edib. Cənubi Koreyaya görə, o, Rusiyanı silah və sursatla da təmin edir və Cənubi Koreya bunun müqabilində Moskvanın həssas hərbi texnologiyaların ötürülməsindən şübhələnir.
Aydın Baxış