AZ

“Sabah”ın sabiq baş məşqçisi Rusiyada işləyəcək

“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutski yenidən Rusiyada işləyəcək. Msport.az xəbər verir ki, “Ural” klubuna rəhbərlik edəcək.

49 yaşlı mütəxəssisin qarşısına yenidən komandanı Premyer Liqaya qaytarmaq məqsədi qoyulub.

V. Berezutski  futbolçu karyerasını başa vurduqdan sonra “Vitess” (Niderland), ÇSKA, “Krasnodar”, “Şanxay Şenxua” (Çin) komandalarında kpməkçi məşqçi kimi çalışıb.

O, 2024-2025-ci illərdə “Sabah”ın baş məşqçisi olub və kluba Azərbaycan kubokunu qazandırıb.

“Ural” 21 oyundan sonra 41 xalla Liqa Pari-də 2-ci yeri tutur. Komanda lider “Fakel”dən 7 xal geri qalır.

Seçilən
84
2
msport.az

5Mənbələr