AZ

Paytaxtda yol qəzası: qaz borusu zədələndi, yanğın baş verdi...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə FHN məlumat yayıb.

 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “Volkswagen” və “Porsche” markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə kəmərdə yanğın yarandığı müəyyən olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb.


Seçilən
22
17
senzor.az

10Mənbələr