AZ

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 4 milyard manata yaxınlaşır

Bu ilin yanvar-noyabr aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 3,671 milyard manat məbləğində investisiya edilib.

Day.Az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 26,9 faiz artıb.

 

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 2,828 milyard manatı neft-qaz sektoru, 843 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk 11 ayındakı göstərici ilə müqayisədə xarici maliyyə mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 14,6 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 2 dəfə yaxın artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 16,659 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8,3 faiz artıb. Ümumi sərmayənin 8,421 milyard manatı və ya 50,6 faizi məhsul istehsalı sahələrinin, 5,614 milyard manatı (33,7 faizi) xidmət sahələrinin, 2,623 milyard manatı (15,7 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 51,1 faizi dövlət, 48,9 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 76,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 78 faizini təşkil edib.

Seçilən
10
2
day.az

3Mənbələr