AZ

Qazaxda maşın yol nişanına çırpılıb

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

News365.az xəbər verir ki, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Tovuz rayon sakini, 1984-cü il təvəllüdlü T. Abdıyev idarə etdiyi VAZ-2107 markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı yol nişanına çırpılıb.

Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər — İran İslam Respublikasının vətəndaşları, 1992-ci il təvəllüdlü H. Qallehban və 1984-cü il təvəllüdlü A. Sayebanx xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
179
50
news365.az

10Mənbələr