AZ

Qusardakı qəzada ölən və yaralananların adları – Açıqlandı

Qusarda avtoqəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

KONKRET.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Qusarın Ləyər kəndi ərazisində “KİA-Seranto” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində, Bakı şəhər sakinləri – 36 yaşlı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova hadisə yerində ölüblər.

Avtomobildə olan digər şəxslər, Bakı şəhər sakinləri –  sürücü 1962-ci il təvəlludlü Fariza Vladimirovna – Ramaldanova, 2022-ci il təvəllüdlü əkizlər, Arman və Adam Qoşqar oğlu Rəhimovlar və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimov Qusar rayon mərkəzi xəstəxanasına aparılıblar.

Qusar Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, 14.12.2025-ci il tarixində saat 15:00 radələrində  Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdə bir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri ağır qiymətləndirilən 1966-cı il (qadın) və 2017-ci il (kişi) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

2022-ci il təvəllüdlü (hər ikisi kişi cinsli) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Hər iki şəxsin meyiti təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib”.

Seçilən
30
13
konkret.az

10Mənbələr