AZ

Goranboyda uzunqulaq zəncirvari qəzaya səbəb oldu FOTO

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Goranboyda 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Boluslu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Hyundai Elantra" qarşısına çıxan uzunqulağı vurub. Qəzadan sonra uzunqulaq yenidən yolun hərəkət hissəsinə çıxan zaman "Mercedes " markalı minik maşını vurub.

Uzunqulaq hadisə yerində tələf olub. Bundan sonra qəzaya görə "KİA " markalı avtomobil dayanıb. Digər hərəkətdə olan "Hyundai Santefe " markalı minik maşını "KİA"ya arxadan çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Tural Əhmədov 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
96
16
unikal.az

10Mənbələr