“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırılıb.
Publika.az xəbər verir ki, “Komanda.az” saytının media nümayəndələri arasında apardığı sorğuya əsasən 2025-ci ilin ən yaxşı baş məşqçisi seçilən təcrübəli mütəxəssisə mükafat təqdim edilib.
53 yaşlı mütəxəssis 15-ci dəfə ilin ən yaxşı baş məşqçisi seçilib. O, 63 jurnalistin iştirak etdiyi sorğuda 58 səs toplayaraq, bütün həmkarlarını qabaqlayıb.
Ondan başqa daha 4 namizədə səs verilib. "Sabah"ın sabiq baş məşqçisi Vasili Berezutski 2, Rəşad Sadıqov ("Zirə"), Elmar Baxşıyev ("Araz-Naxçıvan"), Azərbaycan yığmasının və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov isə hərəyə 1 səs qazanıb.