Bakı. Trend:
"Milan"ın yarımmüdafiəçisi Aleksis Salemakerslə yeni müqaviləimzalayıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romanoməlumat yayıb.
26 yaşlı futbolçu ilə müqavilə 2030-cu ilin yayına qədər nəzərdətutulub. Bildirilib ki, belçikalı oyunçu mövsümdə 3,5 milyon avromaaş alacaq.
Xatırladaq ki, Salemakers 2020-ci ildən bəri Milanda oynayır.Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 18 matç keçirib, 2 qolvurub və 4 məhsuldar ötürmə verib.