AZ

“Rusiyasız keçinmək mümkün deyil”

Rusiya tərəfi “Tramp Yolu” təşəbbüsünün parametrləri və Rusiyanın mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşməyə hazırdır. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin RİA Novosti agentliyinə bildirib.

“Ermənistan-Amerika layihəsinin təfərrüatları hələ öyrənilməlidir. Həm təşəbbüsün parametrlərini, həm də Rusiyanın mümkün iştirakını müzakirə etmək üçün erməni tərəfdaşlarımızla məsləhətləşməyə hazırıq”, – deyə o bildirib.

Kalugin əlavə edib ki, “bunun üçün kifayət qədər əsas var”. “Əsasən, qarşımızda üçtərəfli işçi qrupu çərçivəsində razılaşdırılmış marşrutun bir hissəsi var”, – deyə o izah edib.

“Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları şirkətimiz Ermənistanın dəmir yolu şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir. Region Rusiya dəmir yolu xətlərindən istifadə edir”, – Kalugin qeyd edib. O qeyd etdi ki, “yol” əsasən sərhədçilərimizin məsuliyyət zonasından keçəcək.

“Ermənistanın AİB-dəki üzvlüyünü də nəzərə almalıyıq. Aydındır ki, tərəfdaşlarımız Rusiyasız keçinə bilməzlər”, – deyə o, yekunlaşdırıb.

Seçilən
54
2
veteninfo.az

4Mənbələr