AZ

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyatakeçirilən “Yaşıl marafon” kütləvi ağacəkmə kampaniyası çərçivəsindənövbəti ağacəkmə aksiyaları Sabirabad və Cəlilabad rayonlarındatəşkil edilib.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, birliyinkönüllülərinin iştirakı ilə Sabirabad rayonunun Məmişlər kəndiərazisində 1250 ədəd sərv, Şərq çinarı və meliya ağacı əkilib.Həmçinin Cəlilabad rayonunun Kazımabad kəndində keçirilən aksiyazamanı 600-dən çox sərv ağacı əkilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və TəbiiSərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən“Ümumrespublika yaşıllaşdırma marafonu”nun (“Yaşıl marafon”) əsasməqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinintəşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin florabiomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunmasıilə bağlı maarifləndirməyə töhfə verməkdir.

“Yaşıl marafon” çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilinyaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacınəkilməsi nəzərdə tutulur.

IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
Məqalədə:
Seçilən
14
34
az.trend.az

10Mənbələr