AZ

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb

Vaşinqton, 17 dekabr, AZƏRTAC

“BMT Baş katib Antonio Quterreşin diqqəti ABŞ-la Venesuela arasında vəziyyətin hər hansı bir şəkildə gərginləşməsinin qarşısını almağa yönəlib”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri BMT-nin sözçüsünün müavini Fərhan Haq açıqlayıb.

O bildirib ki, tərəflər BMT Xartiyasına əməl etməlidirlər.

“Biz hər hansı bir gərginləşdirici addımın qarşısını almaq istəyirik. Bu mərhələdə diplomatik əlaqələri davam etdirmək, dialoq və dinc yolla irəliləmək vacibdir”,- deyə Haq əlavə edi.

O, bildirib ki, Quterreş vəziyyəti çox yaxından izləyir və müvafiq tərəflərlə əlaqə saxlayır.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
103
11
azertag.az

10Mənbələr