Macarıstan, Çexiya və Slovakiya 2026-2027-ci illər üçün Ukraynaya sıfır faizlə 90 milyard avroluq maliyyələşdirməsində iştirak etməkdən qanuni olaraq imtina edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu, Aİ-nin Ukrayna üzrə sammitinin yekun bəyanatında bildirilib. Bundan əlavə, Macarıstan və Slovakiya ümumiyyətlə bəyanatı imzalamayıblar.
"Aİ sammiti Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avro məbləğində (sıfır faizlə - TASS qeydi) kredit vermək qərarına gəldi. Bu kredit, Aİ büdcəsi ilə təmin edilən maliyyə bazarlarından borclanmaya əsaslanır. Ukrayna üçün kredit zəmanəti olaraq Aİ büdcəsi üçün maliyyə resurslarının səfərbər edilməsi Çexiya, Macarıstan və Slovakiyanın maliyyə öhdəliklərinə heç bir təsir göstərməyəcək", - deyə bəyanatda bildirilir.
Cavid