AZ

3 ölkə Kiyevə yardım etməkdən imtina etdi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Macarıstan, Çexiya və Slovakiya 2026-2027-ci illər üçün Ukraynaya ayrılan 90 milyard avroluq sıfır faizli maliyyələşdirmədə iştirak etməkdən qanuni olaraq imtina ediblər”.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Avropa İttifaqının (Aİ) Ukrayna üzrə sammitinin yekun bəyanatı yayılıb. Burada qeyd olunur ki, Ukraynaya Aİ büdcəsi ilə təmin edilən maliyyə bazarlarından borclanmaya əsaslanan sıfır faizli kredit verilməsi qərarı var. Lakin üç ölkə bəyanatı imzalamaqdan imtina ediblər. Sənədin sonuncu abzasında deyilir ki, Ukrayna ilə bağlı sammitin bəyanatını 27 ölkədən 25-i qəti şəkildə dəstəkləyib”, – deyə bildirilib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
50
globalinfo.az

10Mənbələr