AZ

Türkiyəni silkələyən iddia: Hakan Fidan…

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın tez bir zamanda vəzifəsindən uzaqlaşdırılacağı iddia olunur.

"Cebheinfo.az" xəbər verir ki, bunu müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan keçmiş deputat, məşhur jurnalist Mustafa Balbay bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda Türkiyə hökumətinin tərkibində dəyişikliklər olunacaq. Jurnalist deyib ki, artıq ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərar qəbul edib.

“Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın xarici işlər naziri təyin olunacaq”, - M.Balbay söyləyib.

Qeyd edək ki, H.Fidan xarici işlər naziri vəzifəsinə MİT rəhbərliyindən gətirilib. O, 2023-cü il iyun ayından XİN başçısıdır.  

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
2
cebheinfo.az

3Mənbələr