ain.az, Fanat saytına istinadən bildirir.
Qitələrarası Kubokun finalında parlaq çıxışla yadda qalan, əsas hissəsi 1:1 hesabı ilə bitən qarşılaşmadan sonra yerinə yetirilən penalti seriyasında "Flamenqo"nun futbolçularının 4 zərbəsini dəf edərək PSJ-yə qələbə qazandıran qapıçı Matvey Safonov ciddi zədə alıb.
Fanat.Az Paris klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, rusiyalı qolkiperin sol əli sınıb.
Onun ən azı 3-4 həftə məşqlərə qatıla bilməyəcəyi açıqlanıb.
Qeyd edək ki, Safonov 2024-cü ilin yayından PSJ-nin formasının geyinir. Sözügedən "çərçivə" qoruyucusu cari mövsüm Fransa nəhənginin forması ilə bütün turnirlərdə 4 matça çıxıb.
Nihat
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.