Bu gün Misli Premyer Liqasının XVI turunun növbəti oyunları keçiriləcək.
Moderator.az xəbər verir ki, günün açılış qarşılaşmasında "Karvan-Yevlax" "Neftçi"ni qəbul edəcək.
Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.
Günün ikinci oyununda isə "Zirə" klubu öz meydanında "İmişli" komandası ilə üz-üzə gələcək.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 16:30-da başlayacaq.
Qeyd edək ki, tura dekabrın 22-də yekun vurulacaq.
Misli Premyer Liqası
XVI tur
20 dekabr
14:00. "Karvan-Yevlax" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax şəhər stadionu
16:30. "Zirə" - "İmişli"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu