AZ

Misli Premyer Liqası: “Zirə” “İmişli”yə qarşı

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Misli Premyer Liqasının 16-cı turunun növbəti qarşılaşması Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Zirə” “İmişli”ni qəbul edəcək.

Oyun saat 16:30-da başlayacaq. “Zirə” turnir cədvəlində 27 xalla beşinci, “İmişli” 16 xalla doqquzuncu sıradadır.

Misli Premyer Liqası

İkinci dövrə, 16-cı tur

20 dekabr

16:30. “Zirə” - “İmişli”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov

VAR: Rəvan Həmzəzadə

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" "Kəpəz"ə qalib gəlib - 2:0. Tura dekabrın 22-də yekun vurulacaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
50
icma.az

10Mənbələr