Misli Premyer Liqasında 16-cı turun oyunları davam edir.
QOL.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.
Əvvəlcə "Qəbələ" "Qarabağ"ı qəbul edəcək. Oyun saat 15:00-da başalayacaq. Bu komandaların ilk dövrədəki oyununda "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib.
Günün digər matçında isə "Araz-Naxçıvan" "Şamaxı"nı qəbul edəcək. Oyun saat 17:30-da start götürəcək. Komandaların ilk dövrədəki oyununda qalib müəyyənləşməyib - 1:1.
21 dekabr (bazar)
Misli Premyer Liqası, 16-cı tur
15:00. “Qəbələ” – “Qarabağ” - 1:0 (Birinci hissə)
Qol: Prins Ovusu, 6
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Qəbələ şəhər stadionu
17:30. “Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
“Liv Bona Dea Arena”
19 dekabr (cümə)
“Kəpəz” - “Turan Tovuz” - 0:2
20 dekabr (şənbə)
“Karvan-Yevlax” - “Neftçi” - 1:2
“Zirə” – “İmişli” - 0:0
22 dekabr (bazar ertəsi)
19:30. “Sumqayıt” – “Sabah”

Bombardirlər:
Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Bassalu Sambu ("Neftçi") - 6 qol
Karim Rossi ("Şamaxı") - 6 qol