AZ

“Kəpəz” Katsper Rosa və Pedro Qomeslə vidalaşdı – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən “Kəpəz” iki futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, polşalı qapıçı Katsper Rosa və portuqaliyalı müdafiəçi Pedro Qomeslə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub hər iki futbolçuya xidmətləri üçün təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, hər iki futbolçu bölgə klubuna mövsümün əvvəlində cəlb olunmuşdu. Rosanın Gəncə təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var idi. Qomes isə 2027-ci ilin 30 iyununa qədər bu komandanın şərəfini qorumalı idi.

Katsper Rosa Azərbaycan klubunun heyətində cəmi 8 oyuna çıxıb. 31 yaşlı polşalı qolkiper bu görüşlərdə 24 qol buraxıb.

Pedro Qomes isə “Kəpəz”in heyətində 11 oyun keçirib. 22 yaşlı portuqaliyalı mərkəz müdafiəçisi bu görüşlərdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
31
11
arena.az

10Mənbələr