AZ

Bəşir İsazadə ən yüksək kateqoriyaya yiyələndi – ARENA.AZ

Azərbaycanın güləş hakimi, beynəlxalq dərəcəli referi Bəşir İsazadə ən yüksək dərəcə sayılan I-S kateqoriyasına yiyələnib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bu il U-23 Avropa çempionatında, U-20 dünya çempionatında və İslam Həmrəyliyi Oyunlarında ədaləti qoruyan lənkəranlı referi Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldub. Bu dərəcəyə sahib hakimlər bütün yarışlarda, o cümlədən Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanırlar.

Bəşir İsazadə ilə yanaşı, daha 2 referimiz də beynəlxalq kateqoriyalı ədalət təmsilçiləri sırasına qoşulub. Belə ki, oktyabrın 7-12-də Macarıstanın Tatabanya şəhərində təşkil edilmiş veteranların dünya çempionatında iş başında olan və imtahandan keçən Samir Hacıyevlə (Astara) Əkbər Məmmədli (Göyçay) UWW-nin qərarı ilə 3-cü dərəcəli beynəlxalq hakim statusuna yiyələniblər.

Bununla da Azərbaycanın beynəlxalq hakimlərinin sayı 25-ə çatıb.

Seçilən
28
35
arena.az

10Mənbələr