AZ

Deyan Stankoviç yenidən “Srvena Zvezda”da – ARENA.AZ

Futbol üzrə Serbiya milli komandasının sabiq üzvü Deyan Stankoviç ölkəsinin “Srvena Zvezda” komandasının baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Serbiya klubunun mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Stankoviç daha əvvəl də “Srvena Zvezda”ya rəhbərlik edib. O, 2019-cu ildən 2022-ci ilə qədər bu komandanı 130 oyuna çıxarıb, 103 qələbə, 17 heç-heçə və 10 məğlubiyyət görüb.

Deyan Stankoviç son olaraq Rusiyanın “Spartak” (Moskva) komandasında baş məşqçi kimi fəaliyyət göstərib. Serbiyalı mütəxəssis 2024-cü ilin yayından çalışdırdığı Moskva təmsilçisini 64 oyuna çıxarıb, 37 qələbə, 10 heç-heçə və 17 məğlubiyyət görüb.

Stankoviç məşqçilik fəaliyyəti dövründə “Ferentsvaroş”, “Sampdoriya” kimi komandalarda da baş məşqçi kimi çalışıb.

Seçilən
25
3
arena.az

10Mənbələr