Bu gün voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün 3-cü turundan təxirə salınmış oyunlar keçirilib.
Arena.az xəbər verir ki, həm kişilərin, həm də qadınların yarışında bir görüş baş tutub.
Kişilərin yarışında “Xilasedici” “Azərreyl”lə üz-üzə gəlib. Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutmuş bu görüşdə “Xilasedici” 3:1 hesablı qələbə qazanıb.
Qadınların çempionatında isə “Milli Aviasiya Akademiyası” “Abşeron” ilə qarşılaşıb. Milli Aviasiya Akademiyasının idman zalında keçirilmiş oyunda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.
Yüksək Liqa
22 dekabr
Qadınlar, 3-cü turdan təxirə düşən oyun
“Milli Aviasiya Akademiyası” – “Abşeron” 3:0 (25:19, 25:18, 25:21)
Milli Aviasiya Akademiyasının idman zalı.
Kişilər, 3-cü turdan təxirə düşən oyun
“Xilasedici” – “Azərreyl” 3:1 (23:25, 25:21, 25:18, 25:22)
Fövqəladə Hallar Nazirliyinin idman zalı
