AZ

NYT: "Bəşər Əsədi rus kəşfiyyatı qoruyur"

Bu barədə ABŞ-nin "The New York Times" qəzeti Əsəd ailəsinin qohumlarına, tanışlarına, həmçinin Suriyanın sabiq hökumət nümayəndələrinə istinadənməlumatyayıb. Qəzetin iddiasına görə, keçən il dekabrın 8-də Suriyadan Rusiyaya qaçan Əsəd ailəsi əvvəlcə paytaxt Moskva şəhərindəki"Four Seasons Hotel"indəməskunlaşıblar. Məlumata əsasən, mehmanxananın həftəlik kirayə haqqı 13.000 dollardır. Ailə növbəti aylarda isə şəhərin mərkəzində yerləşən"Federasiya" qülləsindəiki mərtəbəli penthaus mənzilə, oradan isə şəhərin qərbinə – bahalı və dəbdəbəli mülkləri ilə tanınanRublyovkayaşayış massivinə köçüblər:

"Bütün bu müddət ərzində Bəşər Əsəd Rusiyanın xüsusi xidmət təşkilatı tərəfindən qorunub. Onun kiçik qardaşı, Suriyanın dördüncü zirehli diviziyasının Sabiq komandiri Mahir Əsəd də Moskvada –"Capital Towers"kompleksində yaşayır".

(Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd)

Xatırladaq ki, Bəşər Əsəd 2000-ci ildən bəri Suriyanın dövlət başçısı idi. 2024-cü ilin 8 dekabrında hazırkı prezident Əhməd Əş-Şərəənin rəhbərliyindəki müxalif qüvvələr gözlənilməz qiyam qaldıraraq hakimiyyəti ələ keçiriblər. Beləliklə, Suriyada Bəşər Əsədin 24 illik diktaturası, habelə onun atası ilə başlayan 53 illik rejim sona çatıb. Devrilən prezident ailəsi ilə birlikdə Rusiyaya sığınıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
22
2
azvision.az

3Mənbələr