AZ

Abşeronun bəzi hissələrində işıq olmayacaq

Abşeronda təmir işləri ilə əlaqədar bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 24 dekabr tarixində 35 kV-luq "Pirəkəşkül-Cəngi" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:00-dan saat 15:00-dək Cəngi, Çaylı və Qobustan kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.

Seçilən
16
17
anews.az

10Mənbələr