AZ

ABŞ sakini lotereyada 1,8 milyard dollar uddu

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın Arkanzas ştatında məşhur Powerball lotereyasının iştirakçısı Milad ərəfəsində 1,8 milyard dollar məbləğində cekpot qazanıb.Bizim.Media xəbər verir ki, bu barədə lotereyanın rəsmi saytında yayımlanan açıqlamada bildirilib.“Powerball cekpotu Arkanzas ştatında udulub! Arkanzasda satılmış biletdə ötən axşam keçirilən tirajda düşən altı rəqəmin hamısı uyğun gəlib və udulan cekpotun məbləği 1 milyard 817 milyon dollar təşkil edib”, – deyə açıqlamada qeyd olunur.Bildirilir ki, bu qalibiyyət ABŞ lotereyaları tarixində ikinci ən böyük cekpot olub.Udulan məbləğ qalibə hissə-hissə ödəniləcək: əvvəlcə o, uduşun bir hissəsini alacaq, daha sonra isə 29 il ərzində illik ödənişlər həyata keçiriləcək. Qalib istədiyi halda uduşu birdəfəlik də götürə bilər, lakin bu zaman alacağı məbləğ 834,9 milyon dollaradək azaldılacaq. (Mənbə: Gazeta.ru)Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
8
bizim.media

10Mənbələr