AZ

Bakalavr səviyyəsində tədris proqramları yenilənəcək - Səbuhi Rzayev

Bakalavr səviyyəsində tədris proqramları yenilənəcək.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Krediti Fondunun 4 illik hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, nazirliyin təşəbbüsü ilə ali təhsil müəssisələrinin nümayəndələri və əmək bazarının əsas iştirakçılarının birgə formalaşdırdığı komissiyalar vasitəsilə magistratura səviyyəsində bütün ixtisaslar üzrə yenilənmə aparılıb:

"Müasir dövrün tələblərinə cavab verən yeni tədris proqramları hazırlanıb. Növbəti mərhələdə bu təcrübəni bakalavr səviyyəsində də tətbiq etməyi planlaşdırırıq".

S.Rzayev vurğulayıb ki, 2027–2030-cu illərdə isə əsas hədəf ali təhsilin keyfiyyətinin daha da artırılması olacaq:

"Düşünürəm ki, ali təhsil müəssisələrimiz nə qədər keyfiyyətli və müasir məzmun təqdim etsə, fondun imkanlarından yararlanan tələbələrin sayı da bir o qədər artacaq".

Seçilən
31
2
missiya.az

3Mənbələr