AZ

Türkiyə MN: Liviya nümayəndə heyətini daşıyan təyyarənin qəza səbəbləri araşdırılır

Türkiyə Milli Müdafiə Nazirliyi 23 dekabrda Ankaradan havaya qalxan, Liviya Baş Qərargah rəisi və onunla birlikdə olan heyəti daşıyan Falcon-50 tipli təyyarənin qəzaya uğraması ilə bağlı açıqlama verib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, nazirlik təyyarənin qəza səbəblərinin həssaslıqla araşdırıldığını bildirib:

“Qəzanın baş vermə səbəbi dövlətimizin aidiyyəti qurumları tərəfindən Liviya hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində hərtərəfli və diqqətlə araşdırılır”, - açıqlamada qeyd olunub.

Qeyd edək ki, dekabrın 23-də Ankaranin Esenboğa hava limanından havaya qalxan Liviya Baş Qərargah rəisinin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində ümumilikdə 8 nəfər həlak olub. Ölənlər arasında Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General Məhəmməd Əli Əl-Haddad və Ordunun Baş Qərargah rəisi general-leytenant Fituri Qəribil də var. Liviya hökuməti 3 günlük milli matəm elan edib.

Seçilən
64
50
apa.az

10Mənbələr