AZ

Barselona İngiltərə klubunun futbolçusuna göz dikdi

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi

"Barselona" heyətini gücləndirmək üçün transfer bazarında fəallığını artırıb. 

QOL.az xəbər verir ki, Kataloniya təmsilçisi bu dəfə diqqətini İngiltərə Premyer Liqasında stabil çıxışı ilə seçilən "Nottinqem Forest"in gənc müdafiəçisi Murilyoya yönəldib.

Sport.es nəşrinin yaydığı məlumata görə, artıq braziliyalı futbolçunun meneceri ilə ilkin danışıqlar aparılıb. Bildirilir ki, 23 yaşlı futbolçunun qış transfer pəncərəsində keçidi real görünməsə də, tərəflər mümkün yay transferi ilə bağlı ssenariləri müzakirə ediblər.

Lakin bu transfer Kataloniya klubu üçün asan başa gəlməyəcək. Murilyonun çıxışı İngiltərənin aparıcı klublarının da diqqətindən yayınmayıb və "Barselona" bu yarışda ciddi rəqabətlə üzləşə bilər.

Qeyd edək ki, Murilyo cari mövsümdə bütün turnirlər üzrə 16 oyunda meydana çıxıb və 1 qol vurub. Onun "Nottinqem Forest"lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
36
qol.az

10Mənbələr