Bakı. Trend:
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xaricikvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxilolub.
Trend xəbər verir ki, bunu Təhsildə Keyfiyyətin TəminatıAgentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media üçünbrifinqdə bildirib.
Onun sözlərinə görə, 5167 müraciətin ekspertizası həyatakeçirilib:
"866 müraciətin ekspertizası isə davam edir. Ekspertizanəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərəxaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqındaşəhadətnamələr təqdim edilib. 834 xarici kvalifikasiyanın isə ölkəərazisində tanınması barədə mənfi rəy verilib".
Agentlik sədri mənfi rəyin verilməsi səbəblərinə də aydınlıqgətirib:
"Tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisindətələb olunan normativdən az olma səbəbilə 495 imtina, əhəmiyyətlifərq (ixtisas və qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunankredit sayı) səbəbilə 122 imtina, tədris yükünü mənimsəmək üçüntəhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olmavə əhəmiyyətli fərq (ixtisas ve qeyri-ixtisas fənlərinin nisbətiüzrə əldə olunan kredit sayı) səbəbilə 42 imtina, autentik (həqiqi)olmayan diplom səbəbilə 30 imtina, "Açıköğretim" təhsilalma formasısəbəbilə 29 imtina, Akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə27 imtina, Ekvivalenti olmayan ixtisas səbəbilə 9 imtina, Bakalavrdiplomu üzrə kvalifikasiya tanınmadığı üçün magistr diplomunaimtina verilməsi səbəbilə isə 8 imtina verilib".