AZ

Xarici kvalifikasiyaların tanınması ilə bağlı 4333 müraciətə müsbət rəy verilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub. Bunlardan 5167 müraciətin ekspertizası həyata keçirilib, 866 müraciətin ekspertizası isə davam edir.

Xezerxeber.az xəbər verir ki, bunu TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən bfirinqdə deyib.

O bildirib ki, ekspertiza nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib: “Müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 834 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib. Faiz göstəricisində mənfi rəyin ümumi saya olan nisbəti 16.1 faiz təşkil edir”.

Seçilən
28
11
xezerxeber.az

10Mənbələr