AFFA, Premyer Liqa oyunlarına təyinat alan baş hakim və köməkçi hakimlər üçün Antalya şəhərində təlim-məşq toplanışı təşkil edəcək.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakim və köməkçi hakimlər üçün yanvarın 12-dən 18-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçiriləcək.
Toplanışa Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri Frank De Blekere, həmçinin AFFA Hakimlər Komitəsinin sədri Rəhim Rəsənov rəhbərlik edəcəklər. Hazırlıq müddətində UEFA Hakimlər Komitəsinin üzvləri də hakimlərimizə nəzəri və praktiki seminarlar keçəcəklər.
Toplanışda iştirak edəcək hakimlərin siyahısını diqqətinizə çatdırırıq:
- Ağayev Əliyar Kərim
- Bayramov Elvin Əsgər
- Cabbarov Rauf Gülağa
- Cəlilov Cavid Fuad
- Əhmədov Rəşad Rövşən
- Əliyev Əli Rahib
- Hacıyev Fərid Teymur
- Həmzəzadə Rəvan Aydın
- İsmayıllı Nicat Sədrəddin
- Məmmədov İnqilab Zülfüqar
- Məsiyev Elçin Nazim
- Qurbanov Tural Knyaz
- Rəhimov Kamranbəy Əli
- Umudlu Kamal İsmayıl
- Əhmədov Əkbər Əsəd
- Əliyev Kamran Səttar
- Əliyev Emin Ilham
- Həsənli Vüqar İlqar
- Məmmədov İslam Sultanəli
- Abbasov Zöhrab Xanlar
- Abdullayev Elşad Məhəmməd
- Bayramov Kamran Azər
- Əliyev Müslüm Mahir
- Əmirəli Akif Əsgər
- Əzizli Asiman Müsavər
- Hüseynov Namiq Hikmət
- İbrahimov Eyyub İlham
- İmami Rəhman Məzahir
- Mamedov Şirmamed Qədiroviç
- Məmmədov Vüsal Samir
- Quliyev Cəmil Əzizağa
- Ramazonov Rahil Əbil
- Talıbov Pərvin Rafiq
- Talıbzadə Tərlan Mirqələm
- Teymurov Teymur Zöhrab
- Zeynalov Kərim Zaur
- Zeynalov Zeynal Mətləb
- Nuriyeva Sevda Baba
- Əkbərzadə Gülnurə Xalid
