AZ

Putin tapşırıq verdi, ruslar amerikalılarla görüşdü

Rusiya və ABŞ administrasiyalarının nümayəndələri danışıqlar aparıb. Metbuat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. O, görüşün Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə gerçəkləşdiyini bildirib. Peskov bildirib ki, telefon danışığında Rusiya tərəfdən xarici işlər nazirinin müavini Yuri Uşakov, ABŞ-ni isə bir neçə şəxs təmsil edib. Məlumata görə, tərəflər Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin ABŞ səfərinin detallarını müzakirə ediblər.

Bildirilir ki, Rusiya və ABŞ nümayəndələri dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Seçilən
53
2
metbuat.az

10Mənbələr