AZ

“Aston Villa” 111 il sonra ardıcıl 11 qələbəyə sevindi – ARENA.AZ

İngiltərənin “Aston Villa” komandası 1914-cü ildən bəri ilk dəfə ardıcıl 11 oyunda qələbə qazanaraq klub rekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, Birmingem təmsilçisi bu uğura ötən gün İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 18-ci turunda səfərdə “Çelsi”yə qalib (2:1) gəlməklə imza atıb.

Xatırladaq ki, sözügedən kollektiv sonuncu dəfə 111 il əvvəl ardıcıl 11 qələbəni sıralamışdı.

Baş məşqçi Unai Emerinin rəhbərlik etdiyi kollektiv cari mövsümdə ölkə çempionatında 8, Avropa Liqasında isə 3 qələbə qazanıb.

Xatırladaq ki, “Aston Villa” İngiltərə Premyer Liqasının cari mövsümünün turnir cədvəlində 39 xalla 3-cü yerdə qərarlaşıb. Emerinin komandası keçirdiyi 18 oyunda 12 qələbə qazanıb, 3 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Avropa Liqasının Liqa mərhələsində isə İngiltərə klubu 6 oyuna 5 qələbə qazanıb, 1 məğlubiyyətə üzülüb və 15 xalla 3-cü sıradada qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
15
3
arena.az

10Mənbələr