Fransa nəhəngi PSJ "Globe Soccer Awards"ın 2025-ci il üzrə ən yaxşı futbol klubu seçilib.
QOL.az xəbər verir ki, Luis Enrikenin baş məşqçisi olduğu Paris təmsilçisi 2025-ci ildə inanılmaz uğurlara imza atıb. Komanda Fransa çempionu olub və ölkə Kubokunu başı üzərinə qaldırıb. Bundan əlavə, parislilər Çempionlar Liqasının finalında Milan "İnter"ini 5:0 hesabı ilə darmadağın edərək tarixi zəfər qazanıblar.
Qeyd edək ki, klublararası Dünya Çempionatının finalına qədər irəliləyən PSJ həlledici görüşdə "Çelsi"yə uduzsa da (0:3), cari mövsümdə UEFA Superkuboku və FİFA Qitələrarası Kubokunu muzeyinə əlavə edib.