AZ

Türkiyədə polis-İŞİD qarşıdurması: Yaralanan 7 polis xəstəxanaya yerləşdirilib

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyənin Yalova bölgəsində terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələrinə atəş açılıb. Nəticədə 7 polis əməkdaşı yaralanıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Bölgə Polis İdarəsinin əməkdaşları tərəfindən mərkəzə bağlı Elmalıq kəndi yolu üzərində yerləşən bir evə əməliyyat təşkil olunub. Əməliyyat zamanı şübhəlilərin polisə atəş açması nəticəsində qarşıdurma baş verib.

Bursadan xüsusi təyinatlı polis qüvvələrinin də cəlb olunduğu əməliyyat ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri altında davam etdirilir. Yaralanan polis əməkdaşları xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Yalova İcra Hakimiyyəti toqquşmanın baş verdiyi ərazidə yerləşən 5 məktəbdə bu gün üçün tədrisin dayandırıldığını açıqlayıb. Təhlükəsizlik məqsədilə bölgədə qaz və elektrik enerjisinin verilişi kəsilib, mülki şəxslərin və nəqliyyat vasitələrinin əraziyə girişinə icazə verilmir.

Türkiə Radyo və Televiziya Üst Qurulu (RTÜK) Yalovada baş verən hadisə ilə bağlı müvəqqəti yayıma qadağa tətbiq etdiyini elan edib. Qurumun açıqlamasında bildirilib ki, rəsmi qurumlar tərəfindən veriləcək məlumatlar istisna olmaqla, hadisə ilə bağlı yayım aparılmamalıdır. RTÜK media qurumlarını mövcud qanunvericiliyə uyğun şəkildə məsuliyyətli yayım prinsiplərinə riayət etməyə çağırıb.

Seçilən
14
29
turkic.world

10Mənbələr