AZ

İŞİD-ə qarşı əməliyyat: 3 polis şəhid olub, 6 terrorçu zərərsizləşdirilib - YENİLƏNİB

Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 3 polis əməkdaşı şəhid olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, 8 polis əməkdaşı yaralanıb, 6 terrorçu zərərsizləşdirilib.

07:41

Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 7 polis əməkdaşı yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Vilayət Polis İdarəsinin qrupları şəhər mərkəzinə yaxın, Elmalık kəndinə gedən yolda yerləşən bir evdə İŞİD-ə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı polislə qruplaşma üzvləri arasında baş verən atışmada yeddi polis əməkdaşı yaralanıb.

Bursadan göndərilən xüsusi təyinatlı polis dəstələrinin dəstəyi ilə əməliyyatın davam etdiyi bildirilir.

Yaralanan polislərin vəziyyəti yaxşıdır.

"Cebheinfo.az"

Seçilən
9
37
cebheinfo.az

10Mənbələr