AZ

Türkiyədə İŞİD yaraqlıları ilə atışmada üç polis şəhid olub

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Səkkiz polis əməkdaşı yaralanıb: altı ekstremist məhv edilib

Türkiyənin şimal-qərbində İŞİD terror qruplaşmasının yaraqlıları ilə atışmada üç polis əməkdaşı şəhid olub, səkkizi yaralanıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya altı ekstremistin məhv edildiyini bildirib.

"Yalova əyalətində keçirilən əməliyyat zamanı İŞİD terrorçularının açdığı atəş nəticəsində üç polisimiz şəhid olub, səkkiz polis məmuru və bir mühafizəçi yaralanıb. Altı İŞİD terrorçusu öldürülüb", - deyə nazir jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bütün yaraqlılar Türkiyə vətəndaşları olub.

Yerlikaya bildirib ki, "terrorçuların yerləşdiyi ünvanda əməliyyat təxminən saat 2:00 radələrində başlayıb. Evdə qadınlar və uşaqlar olduğundan əməliyyat son dərəcə ehtiyatla həyata keçirilib. Beş qadın və altı uşaq uğurla təxliyə edilib. Əməliyyat saat 9:40-da başa çatıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
ayna.az

10Mənbələr