AZ

Şəhid polisdən acı təfərrüat: Təqaüd yaşı gəlsə də, qızının təhsili üçün işləyirmiş

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yalovada DEAŞ-a qarşı keçirilən əməliyyat zamanı şəhid olan 3 polis əməkdaşının ailələrinə ağır xəbər çatıb. Sherg.az xəbər verir ki, şəhid polis Turgut Külünk barədə ürəkdağlayan detal üzə çıxıb: onun təqaüd yaşı bir il əvvəl çatmasına baxmayaraq, qızının təhsili üçün xidmətini davam etdirdiyi məlum olub.

50 yaşlı, evli və bir uşaq atası olan Külünk sabah Akçakoca Mərkəz Məscidində keçiriləcək mərasimdən sonra son mənzilə yola salınacaq. Anası Kevser Külünk bildirib ki, nəvəsi magistr təhsili alırdı və oğlu “övladımı vəzifə sahibi edim” deyərək çalışmağa davam etmişdi.

Qeyd edək ki, əməliyyat zamanı açılan atəş nəticəsində 3 polis şəhid olub, 8 polis və 1 mühafizəçi yaralanıb. Şəhidlərin fotoları Daxili İşlər naziri Ali Yerlikaya tərəfindən sosial mediada paylaşılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
15
sherg.az

10Mənbələr