AZ

Ərdoğan İŞİD-ə qarşı əməliyyat zamanı şəhid olanların ailəsinə baş sağlığı verdi

BAKI, 29 dekabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı şəhid olan polislərin ailəsinə baş sağlığı verib.

Teleqraf xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan nu haqda "X" platformasında yazıb.

"Bu səhər Yalovada terror təşkilatı DEAŞ-a qarşı keçirilən əməliyyat zamanı şəhid olan qəhrəman polis əməkdaşlarımıza Uca Allahdan rəhmət diləyir, ailələrinə səbir, Polis Təşkilatımıza, ölkəmizə və millətimizə başsağlığı verirəm. Yaralanan polis əməkdaşlarımıza Rəbbimdən tezliklə şəfa arzulayıram. Millətimizin huzuruna və dövlətimizin təhlükəsizliyinə qəsd edən əli qanlı canilərlə mübarizəmizi sərhədlərimiz daxilində və xaricində qətiyyətli, çoxşaxəli və güzəştsiz şəkildə davam etdirəcəyik.

Rəbbim şəhidlərimizin ruhlarını şad, məkanlarını cənnət etsin",-deyə Türkiyə prezidenti qeyd edib.

Seçilən
53
39
teleqraf.com

10Mənbələr