AZ

DEAŞ a qarşı amansız mübarizə davam edəcək MHP sədri açıqladı

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

MHP sədri Dövlət Baxçalı Yalovada DEAŞ terror təşkilatına qarşı əməliyyat zamanı 3 polis əməkdaşının şəhid olması, 8 polis və 1 mühafizəçinin yaralanması ilə bağlı sərt açıqlama verib.

Sherg.az-ın məlumatına görə, Baxçalı bildirib ki, DEAŞ-ın Türkiyəyə qarşı yönəldilməsi ölkənin milli duruşunu sarsıtmayacaq və “Terorsuz Türkiyə” hədəfindən geri addım atılmayacaq.

O, DEAŞ-ın “yatan və ya fəal bütün hüceyrələrinin” tam şəkildə zərərsizləşdirilməsi üçün amansız mübarizənin davam edəcəyini, bu torpaqlarda heç bir terrorçuya və düşmən niyyətinə imkan verilməyəcəyini vurğulayıb. Baxçalı şəhidlərə Allahdan rəhmət, ailələrinə və təhlükəsizlik qüvvələrinə səbr diləyib, yaralılara isə tezliklə şəfa arzulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
sherg.az

3Mənbələr