AZ

Ərdoğan: Əli qanlı terrorçularla mübarizə davam etdiriləcək

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Yalovada DEAŞ terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı terrorçuların polisə atəş açması nəticəsində baş verən silahlı toqquşmada 3 polis əməkdaşı şəhid olub, 8 polis və 1 mühafizəçi yaralanıb. Hadisə ölkədə dərin kədər doğurub.

Sherg.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan şəhid olan polis əməkdaşlarına Allahdan rəhmət, ailələrinə səbr diləyərək bildirib ki, dövlətin təhlükəsizliyini hədəf alan qanlı terrorçularla mübarizə ölkə daxilində və xaricində qətiyyətlə davam etdiriləcək. Hadisədən sonra hökumət və müxalifət nümayəndələri də başsağlığı mesajları paylaşıb. Hadisə ilə bağlı istintaq başladılıb, bir neçə şübhəli saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
2
sherg.az

3Mənbələr