Türkiyədə İŞİD şübhəliləri ilə atışmada üç türk polisi həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yalovada İŞİD üzvləri ilə qarşıdurma zamanı 8 polis və bir mühafizəçi yaralanıb.
Məlumata görə, Türkiyənin şimal-qərbində yerləşən Yalova şəhərində bu gün səhər saatlarında İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərlə polis arasında silahlı qarşıdurma baş verib.
Atışma nəticəsində 3 polis əməkdaşı həyatını itirib. Daha 8 polis nəfəri və bir mühafizəçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, əməliyyat zamanı 6 İŞİD yaraqlısı zərərsizləşdirilib.

Xuraman Etibarlı
İnterpress.az