ain.az bildirir, Ayna saytına əsaslanaraq.
"İşçi qrupa Stiv Uitkoff, Cared Kuşner, general Den Keyn, Marko Rubio və daxil edəcəyimiz bir neçə nəfər daxil olacaq”
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə işləyəcək Ukrayna üzrə ABŞ işçi qrupunun yaradıldığını elan edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Tramp Florida ştatında “Mar-a-Laqo” malikanəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
"İşçi qrupa Stiv Uitkoff, Cared Kuşner, general Den Keyn, Marko Rubio və daxil edəcəyimiz bir neçə nəfər daxil olacaq. Düşünürəm ki, Pit Heqset də bu qrupda olmalıdır. O ərazini çox yaxşı tanıyır və əla iş görür. Daha bir və ya iki nəfər əlavə edə bilərik”, - deyə Tramp qeyd edib.
Zelenski öz növbəsində Ukraynanın nizamlama üzrə işçi qrupuna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov və xarici işlər nazirinin birinci müavini Sergey Kıslıtsya daxil olacağını açıqlayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.