AZ

Maks Ferstappen – 2025-ci ilin ən yaxşı pilotu! – ARENA.AZ

Formula 1-də mübarizə aparan “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen 2025-ci ilin ən yaxşı pilotu seçilib.

Arena.az xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.

Belə ki, Formula 1 üzrə dünya çempionatında çıxış edən komandaların rəhbərləri 2025-ci il mövsümü üçün ən yaxşı sürücüləri seçiblər. Ferstappen bu dəfə də bütün həmkarlarını qabaqlayıb. O, ardıcıl beşinci ildir ki, birinci yeri tutur.

Hazırkı dünya çempionu Lando Norris (“Maklaren”) ikinci, onun komanda yoldaşı Oskar Piastri isə üçüncü olub.

Səsvermə anonim şəkildə aparılıb və xallar mövcud çempionat sisteminə uyğun verilib.

Xatırladaq ki, Maks Ferstappen bu mövsüm qalib olmasa da, əvvəlki dörd mövsümdə ardıcıl olaraq dünya çempionu olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
16
18
arena.az

10Mənbələr