Dünən ABŞ-nin BMT-dəki səfiri Mayk Valts İranda başlayan kütləvi etirazlarla bağlı açıqlama verib. Vətəninfo.az xəbər verir ki, o, “X” hesabındakı paylaşımında Amerikanın İran etirazçılarını dəstəklədiyini bildirib.
Valts yazıb ki, İran xalqı azadlıq tələb edir və uzun illərdir ayətullahların hakimiyyəti altında əziyyət çəkir. Onun sözlərinə görə, ABŞ Tehran küçələrində və ölkənin müxtəlif bölgələrində etiraz edən insanlarla həmrəydir.
Səfirin yazdığına əsasən, Vaşinqton iqtisadi durğunluq və müharibədən başqa heç nə vəd etməyən mövcud rejimə qarşı çıxan etirazçıların yanında dayanır.