AZ

Avtobusa minmədən gediş haqqı tutulur: Səbəb bu imiş - RƏSMİ

Bakı sakinləri metro və avtobusdan istifadə etmədikləri halda kart balansından gediş haqqının çıxması ilə bağlı narazılıqlarını bildiriblər.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan “Bakıkart”ın müştəri xidmətləri üzrə baş mütəxəssisi Mehriban Əhmədova bildirib ki, kartlardan ödənişlərin çıxması “bir dəfəlik keçid imkanı” və “Delayed Authorization” (Gecikdirilmiş avtorizasiya) prinsipləri ilə bağlıdır:

“BakıKart tərəfindən tətbiq edilən ödəniş sistemi həm “bir dəfəlik keçid imkanı”, həm də “Delayed Authorization” (Gecikdirilmiş avtorizasiya) prinsiplərini əhatə edir. “Bir dəfəlik keçid” funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər; balans bərpa olunduqda ödəniş avtomatik tutulur. Əlavə olaraq qeyd edək ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, 1 saniyənin altında aparılmasını təmin edir. Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir”.

Qurumdan qeyd olunub ki, bu mexanizmlər texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil:

“Bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir. Məqsəd sərnişinlərin rahatlığını təmin etmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır.

Ödənişlərlə bağlı sual yarandığı halda vətəndaşlar bank kartının emitenti ilə yanaşı, BakıKart-a rəsmi şəkildə müraciət edərək əməliyyatlar barədə ətraflı məlumat əldə edə bilərlər”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
38
6
yenisabah.az

8Mənbələr