AZ

Ucarda 14 nəfər zəhərlənib

Dekabrın 30-da saat 11:00 radələrindən etibarən zəhərlənmə şübhəsilə 14 nəfər (3 kişi, 11 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-ya Ucar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
82
11
apa.az

10Mənbələr