AZ

Yeni ildə nələr dəyişəcək?

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bu il iqtisadiyyat sahəsində bir sıra yeniliklər oldu. 

Bəzi məhsul və xidmətlərin qiymətləri artdı, yeni qaydalar tətbiq edildi. Qiymət dəyişiklikləri və iqtisadi proseslər insanların gündəlik həyatına birbaşa təsir göstərən əsas amillərdəndir. Marketdə, aptekdə və xidmət sahələrində gördüyümüz dəyişikliklər ailə büdcəsinə və gündəlik xərclərə birbaşa təsir edir. 

2026-cı ildə iqtisadiyyatda hansı əsas yeniliklər və dəyişikliklər gözlənilir? 

Mövzu ilə bağlı "Cebheinfo.az" - a açıqlamasında iqtisadçı - ekspert Akif Nəsirli bildirib ki, iqtisadiyyatın bir sıra sahələrində yeniliklər olacaq: 

"2026-cı ildə iqtisadiyyatda əsas yeniliklər daha çox texnologiya, qlobal ticarət və dövlət siyasətləri ilə bağlı olacaq. Süni intellekt və avtomatlaşdırmanın genişlənməsi istehsal xərclərini azalda, eyni zamanda əmək bazarında struktur dəyişiklikləri yarada bilər". Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyatın böyüməsi, onlayn xidmətlərin və elektron ticarətin payının artması ənənəvi biznes modellərini dəyişməyə davam edəcək: 

"Yaşıl iqtisadiyyata keçid, bərpa olunan enerji mənbələrinə investisiyaların artması və karbon emissiyalarının azaldılmasına yönəlmiş qaydalar həm sənaye, həm də maliyyə sektorunda yeni yanaşmalar formalaşdıracaq. Mərkəzi bankların pul siyasətində ehtiyatlı mövqe tutması, inflyasiya ilə iqtisadi artım arasında balans yaratmaq cəhdləri də 2026-cı ilin əsas xüsusiyyətlərindən biri ola bilər".

 Ekspert qeyd edib ki, 2026-cı ildə bazarda qiymət formalaşmasına bir neçə əsas faktor təsir göstərəcək: 

"Tələb və təklif balansı yenə də əsas rol oynayacaq, lakin bu balans texnoloji yeniliklər və istehsal zəncirlərinin qloballaşması fonunda daha sürətli dəyişə bilər. Enerji və xammal qiymətləri, xüsusilə neft, qaz və alternativ enerji resursları qiymətlərin ümumi səviyyəsinə ciddi təsir göstərəcək. 

İnflyasiya gözləntiləri və faiz dərəcələri istehlakçı davranışına və investisiya qərarlarına yön verəcək. Dövlətlərin vergi, subsidiyalar və tənzimləmə siyasəti də qiymətlərin formalaşmasında mühüm rol oynayacaq. Eyni zamanda, geosiyasi risklər, ticarət məhdudiyyətləri və logistika xərclərindəki dəyişikliklər bazarda qiymət dalğalanmalarını daha da gücləndirə bilər".

 Gülər Həsənli 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
50
cebheinfo.az

10Mənbələr