ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezident Ofisinin rəhbəri postuna namizəd artıq müəyyənləşib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
“Mən qərarımı vermişəm. Məlumat bir az sonra açıqlanacaq”, – deyə Zelenski əlavə edib.
O həmçinin bildirib ki, gələn ilin əvvəlində regional dövlət administrasiyalarının rəhbərlərində də dəyişikliklər gözlənilir.
Qeyd edək ki, Ukrayna Prezidenti administrasiyasının keçmiş rəhbəri Andrey Yermak barəsində cinayət işi açılıb. O, 28 noyabrda evində korrupsiya şübhəsi ilə aparılan axtarışlardan sonra istefa verib.
Aysel Əliyeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.